Aİ Nümayəndəliyi Bakıda "Bizi birləşdirən su" adlı fotosərgi təşkil edib
sizinxeber.az xəbər saytı

Aİ Nümayəndəliyi Bakıda "Bizi birləşdirən su" adlı fotosərgi təşkil edib


Avropa İttifaqının (Aİ) Bakıdakı Nümayəndəliyi və Aİ ölkələrinin səfirliklərinin təşkilatçılığı ilə paytaxtda "Bizi birləşdirən su" adlı fotosərginin açılışı olub.

“Sizinxeber.az” xəbər verir ki, sərgi “FantazEU-2024” festivalı çərçivəsində keçirilir.

Sərginin mövzusu Azərbaycanın qarşıdan gələn COP29 konfransına sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüslərdən biri ilə bağlıdır.

Tədbirin açılışında Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Aİ ölkələrinin səfirliklərinin nümayəndələri və digər rəsmilər iştirak ediblər.

"Bu fotosərgi bu il artıq beşinci dəfə keçirilən “FantazEU” festivalının açılış tədbiridir. “FantazEU”nun məqsədi Avropa İttifaqına üzv dövlətləri və Azərbaycanı birləşdirməkdir", - P.Mixalko bildirib.

Avstriya, Belçika, Xorvatiya, Çexiya, Fransa, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya və İsveç səfirlikləri təbiətdə suyun füsunkarlığını, həmçinin Avropa şəhərlərini bəzəyən heyrətamiz fəvvarələri əks etdirən fotoşəkillər təqdim edib.

"Bizi birləşdirən su" sərgisi noyabrın 10-dək ziyarətçilər üçün açıqdır.

Oxşar xəbərlər

Avropa İttifaqı Nümayəndəliyi “Bizi birləşdirən su” adlı fotosərgi keçirir
Peter Mixalko COP29 Nümayəndəliyinin ofisindən paylaşım edib
Peter Mixalko COP29 konfransının keçiriləcəyi yerlə tanış olub
Peter Mixalko Azərbaycanı müstəqilliyinin bərpasının ildönümü münasibətilə təbrik edib
Peter Mixalko: "Aİ Azərbaycanın sudan səmərəli istifadə səylərini dəstəkləməyə davam edəcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər