ABŞ Prezidenti: Azərbaycanla Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam
sizinxeber.az xəbər saytı

ABŞ Prezidenti: Azərbaycanla Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam


“İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam”.


APA xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirilib.

“Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır. Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək”, - məktubda vurğulanıb.

Oxşar xəbərlər

Bayden Prezident İlham Əliyevə məktub göndərib
Bayden: Sülh sazişinin yekunlaşdırılması istiqamətində Azərbaycan və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam
Cozef Bayden İlham Əliyevə məktub ünvanlayıb
Bayden Azərbaycan və Ermənistanı bu il sülh sazişini yekunlaşdırmağa dəvət edib
Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle