Gürcüstan parlamentinin deputatı: Azərbaycanla münasibətlər digər ölkələr üçün nümunədir
Gürcüstan və Azərbaycan arasındakı münasibətlər digər ölkələr üçün nümunədir. Hər iki ölkə rəhbərlərinin bəyanatlarında da bu aydın görünür.
Bu sözləri "Report"un yerli bürosuna açıqlamasında Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev deyib.
Onun sözlərinə görə, dövlət və hökumət başçılarının birgə səyləri nəticəsində münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:
“Düşünürəm ki, məhz "Gürcü Arzusu" partiyası hakimiyyətdə olduğu dövrdə Azərbaycanla ikitərəfli münasibətlər daha da inkişaf edib və möhkəmlənib. Hakim partiyanın nümayəndəsi, parlamentlərarası dostluq qrupunun üzvü olaraq görürəm ki, bütün sahələrdə əlaqələrin inkişafı üçün səylər göstərilir".
Deputat, həmçinin bildirib ki, Gürcüstan əhalisi hakim partiyanın siyasi kursunu yaxşı bilir: “Hər kəs yaxşı bilir ki, bizim əsas məqsədimiz ölkədə sülhün qorunub saxlanılması və ölkəni inkişaf etdirməkdir”.
“Artıq 12 ildir ki, Gürcüstan xalqının mandatını qazanırıq. Ümidvaram ki, oktyabrın 26-da da yüksək faizlə xalqın dəstəyini yenidən qazanacağıq. Aparılan sosioloji sorğuların ilkin nəticələri bu inamı daha da artırır", - S.Mirzəyev qeyd edib.
O vurğulayıb ki, bir neçə aydır Qərb Gürcüstanda hakimiyyət dəyişikliyinə şərait yaratmağa çalışır: "Onlar ölkədən kənardakı qüvvələrə müraciət edirlər ki, hansısa formada xaos yaradılsın, asayiş pozulsun. Amma buna nail ola bilməyəcəklər”.
Oxşar xəbərlər
David Çikelidze: Qərb ölkələri hakim “Gürcü Arzusu” partiyasını nüfuzdan salmağa çalışır
Zaur Darğallı: Qərbin agenturasına çevrilən radikal müxalifət Gürcüstanda sabitliyi pozmağa çalışır
Bəzi qüvvələr Gürcüstanın dinc və sabit inkişafının əleyhinədir - RƏY
Gürcüstanlı professor: Yerli azərbaycanlılar ölkədəki ictimai-siyasi proseslərdə mühüm rol oynayırlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
