Malayziyanın Azərbaycandakı səfiri: COP29-da Azərbayacnala birgə işləməyə hazırıq - YENİLƏNİB
Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilib.
"Report" xəbər verir ki, Malayziyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza deyib ki, 1986-ci ildən Azərbaycan Malayziya Texniki Əməkdaşlıq Proqramında (MTCP) iştirak edir.
"Bu günə qədər 265 azərbaycanlı MTCP məzunu müxtəlif kurslardan faydalanıb. Azərbaycanlı tərəfdaşlarla əməkdaşlığımız sayəsində biz bu yaxınlarda bir çox azərbaycanlı bloger, və səyahət agentlari üçün Malayziyanın gözəlliyini və müxtəlifliyini nümayiş etdirən tanışlıq səfəri təşkil etdik", - diplomat qeyd edib.
O vurğulayıb ki, Malayziya və Azarbaycan BMT, Qoșulmama Hərəkatı va İslam Əməkdaşlıq Təşkilatı kimi platformalar vasitəsilə çoxtərəfli əməkdașlığı davam etdirir: "COP29 yaxınlaşdıqca biz ətraf mühitin qorunması üzra səylərimizin qlobal məqsədlərə uyğunluğunu təmin edərək Azərbaycan və onun iqlim fəaliyyətinə dair gündəliyi ilə birgə işləməyə sadiqik".
Səfir həmçinin qeyd edib ki, Malayziya 2025-ci ilda Cənub-Şərqi Asiya ÖIkələri Assosiasiyasına (ASEAN) sədrlik edəcək: "ASEAN dünyanın beșinci, Asiyanın isə üçüncü ən böyük iqtisadiyyatina malik olub əhali sayına görə üçüncü yerdə qərarlaşıb. Sədr kimi hədəfimiz ASEAN-ı dialoq, diplomatiya və xoşməramlılıq yolu ilə birlik və mərkəzliyi gücləndirmək məqsədinə doğru istiqamətləndirməkdir".
Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilir.
“Report” xəbər verir ki, Malayziyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza, fəxri qonaq qismində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ümumi qonaqlar arasında isə Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe, Pakistan səfiri Qasım Mohiuddin, Səudiyyə Ərəbistanının səfiri İssam bin Saleh daxil olmaqla Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edirlər.
FOTO: Məhəmməd Ağayev
Oxşar xəbərlər
Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilir
İlham Əliyev Malayziyanın Kralını təbrik edib
Prezident İlham Əliyev Malayziyanın Kralına məktub göndərib
Azərbaycanla Malayziya arasında ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 60 faiz artıb
Baş nazir: Malaziya BRİCS-ə üzvlük üçün prioritet verilən ölkələr sırasındadır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır
