Prezident İlham Əliyev Malayziyanın Kralına məktub göndərib
Prezident İlham Əliyev Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimə təbrik məktubu ünvanlayıb.
Sizinxeber.az xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.
Biz Azərbaycan ilə Malayziya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın bundan sonra da uğurla davam etdirilməsi üçün birgə səylər göstərəcəyik. Noyabr ayında Bakıda təşkil ediləcək COP29 çərçivəsində iqlim dəyişmələri ilə mübarizə sahəsində Malayziya ilə sıx əməkdaşlıq edəcəyimizə ümidvaram.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim rifah arzulayıram".
Oxşar xəbərlər
İlham Əliyev Malayziyanın Kralını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev konqolu həmkarını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan dövlət başçısı İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev İndoneziya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Nikolas Maduronu təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












