Kemi Seba Bakıda keçirilən konfransla bağlı təəssüratlarını bölüşüb
Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Seba Bakıda onun da iştirak etdiyi mətbuat konfransı ilə bağlı təəssüratlarını bölüşüb.
"Report" xəbər verir ki, mətbuat konfransından video onun “Instagram” səhifəsində yerləşdirilib.
K.Seba paylaşımında vurğulayıb ki, Bakı Təşəbbüs Qrupunun (BTQ) əsas məqsədi Fransa neokolonializminə qarşı çıxan hərəkatları dəstəkləməkdir. "Yalnız axmaq bu hərəkatdan kənarda qala bilər", - o bildirib.
Qeyd edək ki, K.Seba Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmlə fəal mübarizə aparır. O, həm də Fransa neokolonializminin əsas tənqidçilərindən biridir.
K.Seba 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. 2024-cü ildə Fransa hökuməti Parisin müstəmləkəçilik siyasəti nəticəsində Afrika ölkələrinə vurduğu ziyana görə ölkə hakimiyyətini açıq şəkildə tənqid etdiyi və Fransanın dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün onu vətəndaşlıqdan məhrum edib.
Fransa hakimiyyəti K.Sebanı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün dəfələrlə həbs edib.
Fransa vətəndaşlığını itirməsinə cavab olaraq Niger prezidenti K.Sebanı xüsusi müşavir təyin edib, bir sıra Afrika ölkələri isə ona diplomatik pasport verib.
K.Sebanın müxtəlif sosial şəbəkələrdə geniş auditoriyası var – o, “Facebook”da 1,3 milyon, “TikTok”da 370 min, “Instagram”da 306 min, “X”da 280 min, “YouTube”da isə 230 min izləyiciyə malikdir.
Oxşar xəbərlər
Kemi Seba: Bakıya müqəddəratımızı təyin etmək uğrunda mübarizəmizi davam etdirmək üçün gəlmişik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kemi Seba: Fransa Afrikada müstəmləkəçilik siyasətini davam etdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kemi Seba Fransanın müstəmləkəçilik siyasətinin Afrikaya mənfi təsirindən danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kemi Seba: Bakı müstəmləkəçiliyə qarşı mübarizədə iddialı bir meydandır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












