Ankarada Türk Dövlətləri Təşkilatının təsis edilməsinin 15 illiyi qeyd olunur
Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada təsis sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü və TDT Əməkdaşlıq Günü qeyd olunur.
“Sizinxeber.az”un Ankara bürosunun xəbərinə görə, bununla əlaqədar Ankarada “Türk əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri” adlı panel iclası keçirlir.
TDT Baş katibi Kubanbiçek Ömüralıyev iclasın açılışında çıxış edərək Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü və "Türk Dövlətlərinin Əməkdaşlıq Günü" münasibətilə təbrik çıxışını səsləndirib.
Tədirdə Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amreyev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibinin müavini Sayit Yusif çıxış edəcəklər.
Paneldən sonra dövlət rəsmilərinin və diplomatik korpusun üzvlərinin iştirakı ilə ziyafət keçiriləcək.
Sabah isə Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə TDT xarici işlər nazirlərinin müavinləri səviyyəsində Çoxtərəfli Siyasi Məsləhətləşmələrin ikinci iclası keçiriləcək. Türkiyənin ev sahibliyi ilə keçirilən tədbiri xarici işlər nazirinin müavini Nuh Yılmazın təmsil edəcəyi gözlənilir. Görüş zamanı 6 noyabr 2024-cü il tarixində Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək 11-ci TDT Sammitinə hazırlıq, TDT çərçivəsində sıx əməkdaşlığa dair gündəlikdəki məsələlər, əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, təşkilatın institusional strukturu, regional və qlobal problemlər ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, 3 oktyabr 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşündə iştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan Sazişi imzalanıb. Sənədin imzalanma tarixi - 3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunmaqdadır.
Oxşar xəbərlər
TDT-nin Baş katibi Naxçıvan Sazişinin ildönümü ilə bağlı türk dünyasını təbrik edib
Türkiyə XİN: "Dildə, Fikirdə, İşdə Birlik" şüarını gerçəkləşdirmək üçün Türk dövlətləri ilə çalışmağa davam edəcəyik
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsindən 12 il ötür
Azərbaycan XİN Naxçıvan Sazişinin ildönümü ilə bağlı türk dövlətlərini təbrik edib
Rektor: 15 illik yol Türk Dövlətləri Təşkilatı üçün çox məhsuldar olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
