BMT və bir sıra Avropa ölkələri Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
BMT-nin Azərbaycandakı nümayəndəliyi, həmçinin Slovakiya, Niderland, Belçika və Litva səfirlikləri Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
"Sizinxeber.az" xəbər verir ki, təbriklər diplomatik nümayəndəliklərin sosial şəbəkələrdəki səhifələrində dərc olunub.
BMT-nin Azərbaycandakı nümayəndəliyinin paylaşımında deyilir: "28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik!".
Slovakiyanın Bakıdakı səfirliyi Azərbaycana sülh, firavanlıq və uğurlar arzulayıb.
"28 May münasibətilə Slovakiyanın Bakıdakı səfirliyi Azərbaycan xalqına sülh, firavanlıq və uğurlar arzulayır", - təbrikdə qeyd olunub.
Niderlandın Azərbaycandakı səfirliyi də ölkəni bayram münasibətilə təbrik edib: "Müstəqillik Gününüz mübarək, Azərbaycan! 28 May - Müstəqillik Günü münasibətilə Niderland Krallığının Azərbaycandakı səfirliyi Azərbaycan xalqına səmimi təbriklərini çatdırır".
Belçika səfirliyi Azərbaycan xalqının müstəqilliyini, milli mədəniyyətini və ənənələrini qorumaq əzmini vurğulayıb.
"Bu gün biz Azərbaycan xalqının müstəqilliyini, həmçinin özünəməxsus milli mədəniyyətini və ənənələrini qorumaq əzmini qeyd edirik. Azərbaycan xalqına sülh, firavanlıq və gələcək uğurlar arzulayırıq. Müstəqillik Gününüz mübarək!", - təbrikdə qeyd olunub.
Litva Azərbaycanı və onun xalqını bayram münasibətilə təbrik edib, iki ölkə arasında əməkdaşlığın gələcəkdə daha da çiçəklənməsi və möhkəmlənməsinə ümidini ifadə edib.
"Litva ölkələrimiz arasındakı dostluq münasibətlərini və əməkdaşlığı yüksək qiymətləndirir və tərəfdaşlığın, həmçinin xalqlar arasında əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edir", - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
Xorvatiya, Niderland, Rusiya və Moldova səfirlikləri Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib
Niderland səfirliyi azərbaycanlıları Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib
İtaliya səfirliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
Türkiyə səfirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Polşa səfirliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
