Azərbaycan XİN Naxçıvan Sazişinin ildönümü ilə bağlı türk dövlətlərini təbrik edib
Bu gün, tarixi Naxçıvan Sazişi ilə əsası qoyulmuş, bir-birinə sıx tellərlə bağlı olan türk dövlətləri və xalqları arasında qardaşlıq, dostluq, həmrəylik əsasında birgə əməkdaşlığa əsaslanan Türk Dövlətləri Təşkilatının yaradılmasından 15 il ötür.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan Sazişinin ildönümü ilə bağlı "X" hesabındakı paylaşımında qeyd olunub.
XİN bu münasibətlə türk dünyasını birləşdirən təşkilatın bütün üzv və müşahidəçilərini təbrik edib: "Ötən 15 il ərzində daha fəal, sistematik xarakter alan TDT-nin bundan sonra da gücləndirilməsi istiqamətində birgə fəaliyyətimizdə uğurlar arzu edirik!".
Qeyd edək ki, 3 oktyabr 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşündə iştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan Sazişi imzalanıb. Sənədin imzalanma tarixi - 3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunmaqdadır.
Oxşar xəbərlər
Türkiyə XİN: "Dildə, Fikirdə, İşdə Birlik" şüarını gerçəkləşdirmək üçün Türk dövlətləri ilə çalışmağa davam edəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan XİN: TDT özünü sülh və davamlı inkişafı möhkəmləndirən nüfuzlu subyekt kimi göstərə bilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
TDT-nin Baş katibi Naxçıvan Sazişinin ildönümü ilə bağlı türk dünyasını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: “Bu gün TDT beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsindən 12 il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











