Abdarahman Von: Neokolonializmlə mübarizədə Azərbaycan kimi ölkələrlə birləşmək vacibdir
sizinxeber.az xəbər saytı

Abdarahman Von: Neokolonializmlə mübarizədə Azərbaycan kimi ölkələrlə birləşmək vacibdir


Neokolonializmlə effektiv mübarizə aparmaq üçün Azərbaycan kimi ölkələrlə birləşmək lazımdır.

“Sizinxeber.az” xəbər verir ki, bunu jurnalist və kommunikasiyalar üzrə mütəxəssis Abdarahman Von Bakıda keçirilən “Afrikada Fransanın neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Bakı Təşəbbüs Qrupunun (BTQ) dəvəti ilə Bakıda olmaq və neokolonializmlə mübarizəyə həsr olunmuş belə mühüm konfransda iştirak etmək mənim üçün böyük şərəfdir. Neokolonializm Afrika ölkələrinin üzləşdiyi əsas problemlərdən biridir. Biz müstəmləkə mirasından xilas olmamışıq. Afrikalılar birləşməli və öz taleyi, muxtariyyəti və müstəqilliyi haqqında düşünməlidirlər”, - o qeyd edib.

A.Von vurğulayıb ki, BTQ nəinki Afrika ölkələrində, həm də digər regionlarda neokolonializm probleminə toxunulduğu mühüm dialoq aparmaq imkanı yaradıb: “Buna görə Azərbaycan dövlətinə və xalqına çox minnətdarıq”.

Mütəxəssis gələcəkdə dünyanın digər ölkələrində də belə tədbirlərin keçiriləcəyinə ümidvar olduğunu deyib.

Oxşar xəbərlər

Abdarahman Von: Afrika ölkələri Fransanın müstəmləkəçilik siyasətinin əsas qurbanlarıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Epse Ncella: Bakı müstəmləkəçilik probleminin müzakirəsi üçün əla platformadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kemi Seba "Afrikada Fransanın Neokolonializm Siyasəti" konfransında məruzə ilə çıxış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər