ADA Universitetində “Məlumatlandırma günü” baş tutub
26 sentyabr 2024-cü il tarixində ADA Universitetində NATO Sülh və Təhlükəsizlik naminə Elm proqramı (Science for Peace and Security-SPS) barədə “Məlumatlandırma günü” baş tutub.
“Sizinxeber.az” xəbər verir ki, tədbir Azərbaycanın Xarici İşlər Nazirliyi və NATO-nun İnnovasiya, Hibrid və Kiber məsələlər üzrə bölməsinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə NATO Baş katibinin İnnovasiya, Hibrid və Kiber məsələlər üzrə müavininin köməkçisi Ceyms Appaturay virtual qaydada, o cümlədən NATO SPS proqramının əməkdaşları, ölkəmizdən isə NATO ilə əməkdaşlıq üzrə aidiyyəti dövlət qurumları, həmçinin Elm və Təhsil Nazirliyinin nəzdində əlaqədar institutların nümayəndələri iştirak ediblər.
Tədbir zamanı SPS proqramı, onun prioritetləri, həmçinin Azərbaycan və NATO arasında praktiki əməkdaşlığa dair həyata keçirilmiş və cari layihələrlə bağlı geniş təqdimatlar nümayiş etdirilib, həmçinin meydana gələn təhlükəsizlik problemlərinin həllində elmin və texnologiyanın rolu barədə müzakirələr aparılıb.
Oxşar xəbərlər
NATO Baş katibinin müavini istefa verir
NATO Rusiyaya qarşı yeni strategiya hazırlamağa başlayıb
NATO baş katibinin müavini istefa verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Laçında Müstəqillik Gününə həsr olunan konsert keçirilib
-
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
