NATO Baş katibinin müavini istefa verir
NATO Baş katibinin müavini Mirça Dan Coane (Mircea Geoana) sentyabrın 10-da bu postdan istefa verəcək.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə məlumatı NATO yayıb.
Qeyd edilib ki, M.Coane Baş katib Yens Stoltenberqə sentyabrın 10-da onun müavini vəzifəsindən çəkiləcəyini bildirib. Baş katib Yens Stoltenberq istefanı qəbul edərək ona bu vaxta qədərki xidmətlərinə görə təşəkkür edib.
“Mirça NATO-ya təxminən beş il xidmət edib. Onun texnologiya və yeni təhlükəsizlik çağırışlarına diqqəti Alyansda innovasiyaları təşviq etməkdə həlledici rol oynayıb. Onun tərəfdaşlarla işi NATO-ya böyük fayda verib. Gələcək üçün ona ən xoş arzularımı çatdırıram", - Y.Stoltenber əlavə edib.
Bildirilib ki, Siyasi işlər və təhlükəsizlik siyasəti (PASP) üzrə Baş katibin köməkçisi Boris Ruge yeni müavin təyin olunana qədər bu vəzifəni icra edəcək.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
