İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar
Bəzi xarici qüvvələrin təhriki ilə Ermənistandakı revanşist qüvvələr və erməni diasporu “Dağlıq Qarabağ məsələsi”nin guya həll edilmədiyinə, hələ də açıq qaldığına dair kampaniyalarını intensivləşdiriblər.
Sizinxeber.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
“Bu yanaşma, eləcə də Ermənistan tərəfinin Azərbaycan ərazi bütövlüyünə təhdid törədən həmin elementlərə qarşı hərəkətsizliyi, sürətlə silahlanması, Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmaqdan imtina etməsi ciddi narahatlıq doğurur.
Bu baxımdan, qətiyyətlə xatırlatmaq istəyirik ki, “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini birdəfəlik bərpa edib, və bu, əbədidir və dönməzdir.
Əslində, həll olunmamış məsələ, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri qayıtmalarıdır. Hələ açıq qalan məsələ məhz Qərbi Azərbaycana qayıdış məsələsidir. Qərbi Azərbaycan İcması bu yolda öz səylərini ardıcıl şəkildə davam etdirəcək.
Biz Ermənistan hökumətindən və məlum revanşist dairələrdən bu təhlükəli yoldan əl çəkməyi tələb edirik”, - deyə bəyanatda vurğulanır.
Oxşar xəbərlər
İcma Ermənistandan və revanşist dairələrdən təhlükəli yoldan əl çəkməyi tələb edib
XİN başçısı: Ermənistanın sürətli şəkildə silahlanması narahatlıq doğurur
Nazir: Sülh sazisinin başa çatdırılması üçün əsas əngəl Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
