XİN başçısı: Ermənistanın sürətli şəkildə silahlanması narahatlıq doğurur
Ermənistanın sürətli şəkildə silahlanması narahatlıq doğurur, üçüncü ölkələr onu buna sürükləyir.
Sizinxeber.az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
“Biz hesab edirik ki, bu yanlış siyasətdir və bölgə üçün əlavə təhdid mənbəyi hesab olunmalıdır. Bütün bu proseslər tərəfimizdən izlənilir, bununla bağlı Azərbaycan və Türkiyə arasında koordinasiya var və mövqeyimiz birdir. Bu qarşılıqlı dəstək, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləridir. Bu beynəlxalq müstəvidə belə davam edəcək. Hesab edirik ki, ölkələrimizin bu siyasəti bölgəyə sülh, əminamanlıq, sabitlik gətirəcək”, - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov Hakan Fidanı Azərbaycana dəvət edib
Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 8 mlrd dollar təşkil edib
Nazir: Sülh sazisinin başa çatdırılması üçün əsas əngəl Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarıdır
Ceyhun Bayramov: İğdır-Naxçıvan qaz xəttinin inşası yaxın zamanda tamamlanacaq
Türkiyə və Azərbaycan XİN rəhbərləri Azərbaycan və Ermənistan arasındaki normallaşma prosesini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













