İcma Ermənistandan və revanşist dairələrdən təhlükəli yoldan əl çəkməyi tələb edib
"Biz Ermənistan hökumətindən və məlum revanşist dairələrdəntəhlükəli yoldan əl çəkməyi tələb edirik".
"Report" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib.
Bildirilib ki, bəzi xarici qüvvələrin təhriki ilə Ermənistandakı revanşist qüvvələr və erməni diasporu “Dağlıq Qarabağ məsələsi”nin guya həll edilmədiyinə, hələ də açıq qaldığına dair kampaniyalarını intensivləşdiriblər.
Bəyanatda bu yanaşmanın, eləcə də Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünə təhdid törədən həmin elementlərə qarşı hərəkətsizliyi, sürətlə silahlanması, konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmaqdan imtina etməsinin ciddi narahatlıq doğurduğu bildirilib.
"Bu baxımdan, qətiyyətlə xatırlatmaq istəyirik ki, “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini birdəfəlik bərpa edib və bu, əbədidir və dönməzdir. Əslində, həll olunmamış məsələ, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri qayıtmalarıdır. Hələ açıq qalan məsələ məhz Qərbi Azərbaycana qayıdış məsələsidir. Qərbi Azərbaycan İcması bu yolda öz səylərini ardıcıl şəkildə davam etdirəcək", - bəyanatda qeyd edilib.
Oxşar xəbərlər
İcma: Ermənistan təhlükəli siyasətdən əl çəkməsə, Qərbi Azərbaycan hökuməti təsis edəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması üçün Milli Məclisə müraciət ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcma Ermənistandan Azərbaycanın suverenliyini təhdid edən aqressiv separatçı ünsürlərin fəaliyyətinə imkan verməməyi tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan İcması Kanadanın xarici işlər nazirinin Azərbaycana qarşı qərəzli bəyanatını qınayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Bakıdan İrəvana cavab: Buna son qoyulmalıdır! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












