Mirzoyan: İrəvan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, 3-nü isə qismən razılaşdırıb - YENİLƏNİB
İrəvan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, 3-nü isə qismən razılaşdırıblar.
Sizinxeber.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Mirzoyanın sözlərinə görə, tərəflərin bu sənədi ən qısa müddət ərzində imzalaması üçün imkan var.
Ermənistanın XİN başçısı qeyd edib ki, bu addım Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün səhifə açacaq.
“Hesab edirik ki, sülh müqaviləsinin ən qısa müddətdə imzalanması və regionda uzunmüddətli sabitlik səhifəsinin açılması üçün real imkan mövcuddur”, – Mirzoyan əlavə edib.
***
13:38
Ermənistan sülh sazişinin tam razılaşdırılmış layihəsini Azərbaycan tərəfinə təqdim edib.
Sizinxeber.az-nın TASS-a istinadən məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
XİN rəhbəri İrəvanın Bakıdan cavab gözlədiyini qeyd edib.
Oxşar xəbərlər
Ararat Mirzoyan: Bakı ilə İrəvan arasında ən qısa vaxtda sülh sazişinin imzalanması üçün real şans var
Prezident İlham Əliyev: Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Ararat Mirzoyan Cənubi Kiprə gedib
Gürcüstanda parlament seçkilərinin vaxtı açıqlanıb
XİN başçısı: Ermənistanın sürətli şəkildə silahlanması narahatlıq doğurur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













