Əli Əsədov Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 5-də Beynəlxalq Maliyyə Korporasiyasının Avropa üzrə Regional Direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Sizinxeber.az-ya Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı və Dünya Bankı Qrupuna daxil olan qurumlar arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğu vurğulandı.
Dünya Bankının Azərbaycanla Ölkə Tərəfdaşlıq Çərçivəsinin (ÖTÇ) əhəmiyyəti qeyd olundu, 2025-2029-cu illəri əhatə edəcək yeni ÖTÇ-nin hazırlanması ilə bağlı fikir mübadiləsi aparıldı.
Ölkəmizin Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığının hazırkı səviyyəsindən, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin nəticələrindən məmnunluq ifadə olundu.
Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən dövlət-özəl tərəfdaşlığı, xarici investisiyaların cəlb olunması, COP29 çərçivəsində birgə fəaliyyət və digər aktual istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edildi.
Oxşar xəbərlər
Dünya Bankının Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi hazırlanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
