Azərbaycan səfiri: Zatulin Rusiyada erməni millətindən olan himayədarlarının siyasi sifarişlərini yerinə yetirir
Konstantin Zatulin Rusiya Federasiyasında yaşayan erməni millətindən olan himayədarlarının siyasi sifarişlərini yerinə yetirir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Büllbüloğlu Zatulinin təxribatçı videomüraciəti ilə bağlı Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə müraciətində bildirib.
Səfir qeyd edib ki, Zatulin təxribat xarakterli müraciətində guya “Rusiyadakı qayğıkeş insanlar” adından çıxış edərək separatçılara dəstək verməklə, artıq başa çatmış münaqişəni canlandırmaq üçün xəyali ümidlərlə Ermənistan cəmiyyətində yenidən revanşist qüvvələri təhrik edir.
“Üstəlik, o, çıxışında separatçı rejimin keçmiş rəhbərlərini və əlləri günahsız azərbaycanlıların qanına bulaşmış digər terrorçulara istinad edir. Görünən odur ki, Zatulin Ermənistanda “persona non qrata” olmaqla Rusiya cəmiyyətində ekspansionist baxışları və narrativləri təbliğ etməkdə davam edir, Rusiya Federasiyasında yaşayan erməni millətindən olan himayədarlarının siyasi sifarişlərini yerinə yetirir, eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təxribat xarakterli fəaliyyətlər həyata keçirməklə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür. Bunun ilk belə hal olmaması narahatlıq doğurur - o, dəfələrlə ölkəmizin dövlətçiliyinə və xalqına qarşı bəyanatlar verib”, - Polad Bülbüloğlu vurğulayıb.
Diplomat qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında möhkəmlənən münasibətlər fonunda, xüsusilə Prezident Vladimir Putinin ötən ay Azərbaycana dövlət səfəri çərçivəsində tərəflər əməkdaşlığın yüksək səviyyəsini bir daha təsdiqləyiblər: “Eləcə də, Rusiya dövlətinin başçısı Cənubi Qafqaz regionunda uzunmüddətli sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasına töhfə verməyə hazır olduğunu bəyan edib”.
Oxşar xəbərlər
Polad Bülbüloğlu Zatulinin təxribatçı videomüraciəti ilə bağlı Rusiya Dumasının sədrinə məktub göndərib
Məşhur İsveçrə müğənnisi Bakıda konsert verəcək
Rusiya səfiri: “3+3” platformasına üzv ölkələrin XİN başçıları ilə görüşün tarixi razılaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
