sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Türkiyənin Zəfər Bayramı münasibətilə Türk şəhidliyi ziyarət edilib - FOTO
Türkiyənin Zəfər Bayramı münasibətilə Bakıdakı Türk şəhidliyi abidəsi ziyarət edilib.
APA xəbər verir ki, ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirlik nümayəndələri və bir sıra vəzifəli şəxslər iştirak edib.
Əvvəlcə şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib, ardından Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib.
Daha sonra Türk şəhidliyi və Şəhidlər xiyabanı ziyarət edilib, abidənin önünə əklil qoyulub, tər qərənfillər düzülüb.
Qeyd edək ki, 1922-ci ilin 30 avqustunda Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı altında qazanılan qələbə Türkiyədə Zəfər Bayramı kimi qeyd olunur.
Oxşar xəbərlər
Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda "Türk şəhidliyi" abidəsi ziyarət olunub
Türkiyə səfiri Bakıdakı "Türk Şəhidliyi" abidəsini ziyarət edib
Türkiyənin Zəfər Bayramı günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
