Cun Sumer: Boneyra xalqını öz ölkələrində vətəndaşı kimi azad yaşamaqdan məhrum ediblər
Boneyra xalqını öz ölkələrində vətəndaşı kimi azad yaşamaqdan məhrum ediblər.
"Report" xəbər verir ki, bunu BMT-də Afrikaəsilli İnsanlar üzrə Daimi Forumun üzvü Cun Sumer (June Soomer) jurnalistlərə açıqlamasında deyib.
"Boneyra xalqına öz müqəddəratını təyin etmək imkanı verilməsi üçün mübarizə aparmaq məqsədilə Bakıda olmaq mənə xoşdur. Bakı Təşəbbüs Qrupu ilə bu istiqamətdə çalışmaq olduqca önəmlidir. Çünki Boneyra xalqını öz ölkələrində vətəndaş kimi azad yaşamaqdan məhrum ediblər. Dünyanın bu adada baş verənlərdən xəbərdar olması üçün böyük tədbirlərin keçirilməsi mütləqdir", - o qeyd edib.
C.Sumer bildirib ki, müstəmləkəçilik, əsarət və onunla əlaqəli bütün məsələlər haqqında BMT-yə hesabat vermək onların mandatının bir hissəsidir:
"Müstəmləkəçilikdən əziyyət çəkən ölkələrin müstəqilliyə aparılması üçün yeni təşəbbüslər olmalıdır və həmin təşəbbüslərin qiymətləndirməsini aparmalıyıq. Hazırda müstəmləkəçi ölkələrlə birbaşa əlaqə qurmuruq, yəni həmin ölkələrə getmirik, çünki Avropa dövlətlərinin müstəmləkəçiliklə mübarizə yolunda hansı addımları atdıqlarının qiymətləndirməsini aparırıq".
Oxşar xəbərlər
Boneyra nümayəndələri müstəmləkəçiliyə qarşı mübarizə ilə bağlı dünyaya müraciət edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Niderlandın koloniyası olan Boneyra adası BMT-yə qətnamə layihəsi təqdim edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Birləşmiş Millətlər kolonializmlə mübarizə aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Boneyralı fəal: Səsimizi dünyaya çatdırmağa çalışırıq, əks təqdirdə yox olacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Edel Tadal: “Fransanın hərbi gücünü itirməsi Qviana üçün yeni imkanlar açır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












