Ermənistan XİN ATƏT-in Minsk qrupunun buraxılmasının mümkünlüyünə münasibət bildirib
ATƏT-in Minsk qrupunun məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər.
Sizinxeber.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən (XİN) “Azadlıq Radiosu”nun erməni xidmətinin sorğusuna cavab olaraq bildirilib.
“Ermənistan tərəfi Minsk prosesinin davam etdirilməsi məsələsinə münasibətlərin hərtərəfli nizamlanması və hər şeydən öncə sülh müqaviləsinin bağlanması kontekstində baxa bilər”, - XİN-dən sorğuya cavab olaraq qeyd olunub.
Qeyd edək ki, “Azadlıq Radiosu”nun erməni xidməti Ermənistan XİN-ə Azərbaycanın Minsk qrupunun buraxılmasını sülh müqaviləsinin imzalanması üçün ilkin şərt hesab edib-etməməsi, İrəvanın niyə Minsk qrupunun buraxılmasına razı olmaması və yaxın gələcəkdə Ermənistanın fikrini dəyişəcəyi və Bakı ilə birlikdə onun buraxılması haqqında ATƏT-ə Birgə Bəyanat təqdim etməsinin mümkün olub-olmaması barədə sorğu göndərib.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistan Parlamentinin “Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Armen Xaçatryan açıqlama verərək, ATƏT-in Minsk qrupunun yalnız sülh müqaviləsi imzalandığı təqdirdə ləğv ediləcəyi barədə açıqlama verib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti: Ermənistanla normallaşma prosesində irəliləyiş baş verir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentin köməkçisi qonşuluq münasibətlərinin qurulması üçün Azərbaycanın Ermənistana təklifini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentin köməkçisi: Bakı İrəvana sülh müqaviləsinədək münasibətlərin əsas prinsiplərini razılaşdırmağı təklif edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: Şuşada keçirilən II Qlobal Media Forumunun dezinformasiyanın yaratdığı fəsadları ictimailəşdirməkdə xüsusi rolu olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistan XİN: Azərbaycanla sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












