sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Xüsusi nümayəndə: Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır
Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır, Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasında maraqlıdır.
Sizinxeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin qəbulu zamanı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono deyib.
Maqdalena Qrono ölkəmizin region və onun hüdudlarından kənar kontekstində əhəmiyyətinə toxunaraq, bu xüsusda Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqun önəmini vurğulayıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini deyən qonaq, xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
Prezident: Azərbaycanla Aİ arasında əməkdaşlıq zəngin tarixə malikdir
Maqdalena Qrono vəzifəsinin icrasına başlayıb
Aİ-nin Xüsusi Nümayəndəsi Maqdalena Qrono vəzifəsinin icrasına başlayıb
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













