Ceyhun Bayramov Lavrovun müavini ilə regional və beynəlxalq məsələləri müzakirə edib
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov Lavrovun müavini ilə regional və beynəlxalq məsələləri müzakirə edib


14 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzini qəbul edib.

XİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan–Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət və humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi baxımından qarşılıqlı səfərlərin və təmasların əhəmiyyəti vurğulanıb.

Tərəflər Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu mexanizm çərçivəsində görülən işlər və perspektiv istiqamətlər üzrə müzakirələr aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib.

Oxşar xəbərlər

Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb
Ceyhun Bayramov Lavrovla telefon danışığı aparıb
Azərbaycan və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə edib - YENİLƏNİB
XİN rəhbəri İran Prezidentinin müşaviri ilə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib
Ceyhun Bayramov Moldovanın XİN-in dövlət katibini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər