Mərkəzi Asiya ölkələrinin liderləri Astanada səfərdədir - YENİLƏNİB
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qazaxıstana işgüzar səfər edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Özbəkistan KİV-i ölkə prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Özbəkistan Prezidenti Astanada Mərkəzi Asiya ölkələri və Almaniya liderlərinin ikinci görüşündə iştirak edəcək. Görüş zamanı region ölkələri ilə Almaniya arasında çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.
“Ticari-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və digər prioritet sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək. Həmçinin Almaniyanın aparıcı şirkət və banklarının rəhbərləri ilə birgə görüşün keçirilməsi planlaşdırılır”, - məlumatda bildirilib.
Tacikistan Prezidenti Emoməli Rəhmon Qazaxıstanın paytaxtı Astanaya işgüzar səfər edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
Onun səfərinin məqsədi dövlət başçılarının “Mərkəzi Asiya-Almaniya” görüşündə iştirak etməkdir.
Bu gün səhər saatlarında Qırğızıstan Prezidenti Sadır Japarov da Astanaya işgüzar səfərə gəlib.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts sentyabrın 15-dən Qazaxıstandadır və artıq ölkə Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Astanada keçirilən danışıqlardan sonra iki ölkə arasında əməkdaşlıq haqqında birgə Bəyannamə imzalanıb.
Oxşar xəbərlər
Tacikistan və Qırğızıstan prezidentləri Qazaxıstanda işgüzar səfərdədirlər
Mərkəzi Asiya Dövlət Başçılarının növbəti Məşvərət görüşü Özbəkistanda keçiriləcək
Emoməli Rəhmon ilə Devid Kemeron Tacikistan-Britaniya əlaqələrini müzakirə ediblər
"Mərkəzi Asiya+Almaniya” formatında ikinci görüş keçiriləcək
Qazaxıstan və Almaniya arasında Birgə Bəyannamə imzalanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













