Sahibə Qafarova: Milli Məclis Parlamentlərarası İttifaqla əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
okt
2024
11:30
0
0
1 533
ff aaaaaaa

Sahibə Qafarova: Milli Məclis Parlamentlərarası İttifaqla əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verir

15 okt, 2024
11:30
1 533

Sahibə Qafarova: Milli Məclis Parlamentlərarası İttifaqla əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verir

İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən xəbərə görə, tədbirdə Milli Məclis ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Qeyd olunub ki, beynəlxalq parlament qurumları ilə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq edən Milli Məclis Parlamentlərarası İttifaqla əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verir. Tərəflərin birgə əməkdaşlığı ilə bir sıra tədbirlərin uğurla təşkil olunması əməkdaşlığımızın daha da dərinləşməsinə imkanlar yaradır. Martin Çunqonq Azərbaycanın təşkilatda yüksək səviyyədə və fəal şəkildə təmsil olunmasını təqdir edib.

Spiker Sahibə Qafarova beynəlxalq tədbirlər çərçivəsində Parlamentlərarası İttifaqın Baş katibi və prezidenti ilə müxtəlif görüşlərini xatırladıb, tərəflər arasında aktiv dialoqun münasibətləri inkişaf etdirmək niyyətinin göstəricisi olduğunu diqqətə çatdırıb.

Görüşdə cari ilin noyabrında Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlament Konfransının təşkili ilə əlaqədar hazırlıq işləri ilə bağlı da müzakirələr aparılıb. Parlament konfransının COP29 çərçivəsində keçiriləcək tədbirlərə parlament platformasında mühüm dəstək verəcəyinə əminlik ifadə olunub. Vurğulanıb ki, konfrans parlamentarilərə fikir mübadiləsi aparmağa və iqlim dəyişikliyi ilə mübarizədə təkliflərlə və yeni ideyalarla çıxış etməyə imkan verəcək.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul