Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə işgüzar səfərdədir
sizinxeber.az xəbər saytı

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə işgüzar səfərdədir


İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlamentlərarası İttifaqın Qadın Parlament Sədrlərinin 15-ci Sammitində iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib.

"Sizinxeber.az" xəbər verir ki, Cenevrə hava limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, ölkəmizin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədrinin tədbirlərdə çıxışları və nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.

Oxşar xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə işgüzar səfərdədir - FOTOLENT
Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
Sahibə Qafarova TÜRKPA-nın Şura iclasında iştirak etmək üçün Qazaxıstanda səfərdədir
Sahibə Qafarova İspaniyada rəsmi səfərdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər