ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
Vaşinqton Administrasiyası Latın Amerikasının narkotik kartellərinə zərbələr endirməyə davam etmək niyyətindədir.
"Sizinxeber.az" "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Olivia Ueyls bildirib.
"ABŞ amerikalılara qarşı hücumlar hazırlamaq niyyəti və imkanları olan hər hansı qruplaşmanı - istər milyonlarla amerikalıları zəhərləyən ölümcül kartelləri, istərsə də cihadçıları müəyyənləşdirməyə və zərərsizləşdirməyə davam edəcək. Hər cür terrorçuların ərazimizə sığınmasına və ya xaricdən bizə hücum etməsinə imkan verilməyəcək", - o deyib.
Nəşr qeyd edir ki, Ağ Evin nümayəndəsi xüsusilə Latın Amerikası ölkələrində fəaliyyət göstərən narkotik kartellərinə yeni dəqiq zərbələrinin endirilməsinin mümkünlüyündən danışıb. Qəzetin məlumatına görə, bu qruplaşmaların bir çoxu əvvəllər Amerika hakimiyyəti tərəfindən terror təşkilatları siyahısına daxil edilib.
Oxşar xəbərlər
KİV: Trampın dövründə MKİ Meksikada narkokartellərə qarşı aqressiv mübarizə aparacaq
Tramp Pentaqona Latın Amerikası narkokartellərinə qarşı əməliyyata hazırlaşmaq üçün göstəriş verib
KİV: ABŞ narkokartellərlə mübarizə üçün 4 min dəniz piyadası göndərir
Pentaqon rəhbəri Meksika kartellərinə qarşı güc tətbiqinin mümkünlüyünü istisna etməyib
Tramp: ABŞ hakimiyyəti narkotik kartellərini terror təşkilatı hesab edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
