Ceyhun Bayramovla Özbəkistan XİN rəhbəri arasında telefon danışığı olub
İyulun 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqlik əlaqələrindən irəli gələn məsələlər, Özbəkistan Prezidentinin 2 iyul tarixində ölkəmizə həyata keçirdiyi dövlət səfərinin nəticəsində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq istiqamətində əldə olunmuş razılıqların icrası planları, habelə regional vəziyyət müzakirə olunub.
Telefon danışığı zamanı həmçinin iki ölkənin iştirakı ilə təşkil olunan beynəlxalq tədbirlərə hazırlıq məsələləri nəzərdən keçirilib.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Ceyhun Bayramov ilə özbəkistanlı həmkarı Baxtiyor Saidov arasında telefon danışığı olub
Ceyhun Bayramovla Pakistanın Baş naziri arasında telefon danışığı olub
Ceyhun Bayramovla pakistanlı həmkarı arasında telefon danışığı olub
Ceyhun Bayramov və BƏƏ-nin XİN başçısı arasında telefon danışığı baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













