Ceyhun Bayramov və BƏƏ-nin XİN başçısı arasında telefon danışığı baş tutub
11 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.
APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazirlər siyasi, iqtisadi, ticarət, energetika, turizm və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərini nəzərdən keçiriblər.
Nazirlər həmçinin beynəlxalq platformalarda əməkdaşlıq istiqamətlərindən və qarşılıqlı dəstəkdən məmnun olduqlarını bildiriblər.
Telefon danışığı zamanı eyni zamanda digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan və BƏƏ XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov Türkmənistan xarici işlər naziri ilə telefon danışığı aparıb
Ceyhun Bayramov Latviya XİN başçısı ilə telefon danışığı aparıb
Ceyhun Bayramov ilə özbəkistanlı həmkarı Baxtiyor Saidov arasında telefon danışığı olub
Ceyhun Bayramov ilə Qazaxıstan XİN rəhbəri arasında telefon danışığı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
