Səfir: Azərbaycan Yaxın Şərq regionunda mühüm rol oynayır
Azərbaycan Yaxın Şərq regionunda mühüm rol oynaya bilər və artıq oynayır.
"Report" xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik jurnalistlərin sualını cavablandırarkən bildirib.
"Mən Azərbaycana danışıqların keçirilməsi üçün məkan təmin etdiyinə görə təşəkkür etmək istəyirəm", - deyə o qeyd edib.
"Azərbaycan Türkiyə və İsrailin yaxınlaşmasında mühüm və əsas rol oynayıb. Bakı həmçinin Yaxın Şərqin digər regional məsələlərində, o cümlədən Suriya ilə bağlı da mühüm rol oynayır", - deyə səfir bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycanın İbrahim sazişlərində, İsrailin digər ölkələrlə vasitəçiliyində və danışıqlarında iştirakı, Bakının regionda inkişaf etdirdiyi nüfuzu və tərəflər arasında münasibətləri yaxşılaşdırdığını simvolizə edir.
Oxşar xəbərlər
Səfir: Qarşılıqlı səfərlər Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır
ECO-nun Baş katibi: Azərbaycan təşkilatın fəaliyyətinə və regional əməkdaşlığın inkişafına mühüm töhfə verir
“The Jerusalem Post”: Azərbaycan Qafqaz regionunda İsrailin mühüm strateji müttəfiqidir
Gürcüstanın Baş naziri: Azərbaycanla strateji tərəfdaşlığımız regionda sabitliyin təminində mühüm rol oynayır
Kobaxidze: Məqsədimiz regionda sülh və sabitliyi təşviq etməkdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













