Azərbaycan və Vyetnam arasında siyasi-iqtisadi əməkdaşlıq müzakirə olunub
- 21-07-2025, 15:30
- Siyasət / Xarici siyasət
- 0
- 994
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasında iştirak etmək məqsədilə Hanoy şəhərinə səfər edib.
Azərbaycanın Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, nazir müavini iclasda məruzə ilə çıxış edib.
Səfər çərçivəsində o, həmçinin Vyetnamın xarici işlər nazirinin müavini xanım Le Thi Thu Hanq ilə görüşüb. Görüşdə cari ilin 21 aprel tarixində Bakı şəhərində keçirilmiş Azərbaycan və Vyetnam Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrdən irəli gələn məsələlər müzakirə olunub.
Tərəflər həmçinin Azərbaycan-Vyetnam arasında siyasi, ticarət və iqtisadiyyat, energetika, kənd təsərrüfatı, nəqliyyat və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi istiqamətində mövcud potensialı nəzərdən keçiriblər.
Mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri ilə əlaqələrin yeni mərhələyə, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.
Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyətinin əhəmiyyəti qeyd edilib, Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanaraq qəbul olunmuş 2025-2027-ci illəri əhatə edən Fəaliyyət Planı yüksək qiymətləndirilib.
Tərəflər iyul ayının sonunda Bakı şəhərində təşkil olunacaq 3-cü “Vyetnam Günləri”nin mədəni əlaqələrin genişlənməsinə xidmət edəcəyinə əmin olduqlarını vurğulayıblar.


width="220" alt="Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığı müzakirə ediblər" />
width="220" alt="Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilir" />
width="220" alt="Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının üçüncü iclası keçiriləcək" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />