Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 10-da Pakistan İslam Respublikasının federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji tərəfdaşlığın uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı bildirilib. Dövlətlərarası münasibətlərin bütün sahələrdə yüksək inkişaf dinamikasından məmnunluq ifadə olunub.

İki ölkənin məhkəmə-hüquq sistemləri arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, xüsusilə də ədliyyə nazirlikləri arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində hüquqi sahədə səmərəli tərəfdaşlığın həyata keçirildiyi vurğulanıb.

Görüş zamanı Azərbaycan ilə Pakistan arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Oxşar xəbərlər

Əli Əsədov pakistanlı nazirlə məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edib
Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb
Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb
Ədliyyə naziri pakistanlı həmkarı ilə görüşüb
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle