Deputat: Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi kənar müdaxilələr olmadan da mümkündür
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə iyulun 10-da keçirilən görüş iki ölkə arasında münasibətlərin normallaşması baxımından mühüm tarixi əhəmiyyət daşıyır.
Bu fikirləri “Report”a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, görüşün məhz vasitəçisiz formatda keçirilməsi regionda yeni reallıqların və siyasi iradənin formalaşdığını göstərir:
“Azərbaycan bu gün regionda sülhün və sabitliyin qurulmasında aparıcı rol oynayır. Əbu-Dabidə keçirilmiş bu mühüm görüş bir daha təsdiq etdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi artıq kənar müdaxilələr olmadan, qarşılıqlı suverenliyin tanınması və beynəlxalq hüququn prinsipləri əsasında mümkündür. Biz sülh istəyirik, amma bu sülh ədalətli və beynəlxalq hüquqa əsaslanmalıdır. Prezident İlham Əliyevin bu məsələdə tutduğu mövqe həm milli maraqlara əsaslanır, həm də regionda dayanıqlı təhlükəsizliyə xidmət edir”.
Deputat bildirib ki, bu görüş həm də Azərbaycanın artan diplomatik nüfuzunun və güclü siyasi iradəsinin təzahürüdür:
“Əgər bir neçə il əvvəl deyilsəydi ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində vasitəçilər kənarda qalacaq və ölkələr birbaşa dialoq aparacaq, çoxları bunu mümkünsüz hesab edərdi. Ancaq bu gün Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bu reallığa çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daim sülh prosesinə ardıcıl və prinsipial yanaşır.
Əbu-Dabi görüşü zamanı tərəflər arasında aparılan müzakirələr, xüsusilə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınması kimi məsələlər sülh sazişinə aparan yolun əsas hissələridir. Azərbaycan bu məsələlərdə daim konstruktiv və açıq mövqe nümayiş etdirir. Ümid edirik ki, Ermənistan da artıq eyni mövqeni sərgiləyəcək”.
S.Salmanova görüşün regionun gələcəyi üçün də müsbət nəticələr vəd etdiyini qeyd edib:
“Normallaşma prosesi təkcə iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqaz regionunun rifahı və təhlükəsizliyi üçün mühüm platformadır. Azərbaycanın təşəbbüsləri həm regional əməkdaşlığı genişləndirəcək, həm də beynəlxalq ictimaiyyətin bu prosesə olan etimadını artıracaq. Əbu-Dabi görüşü eyni zamanda, göstərdi ki, Cənubi Qafqazda davamlı sülh artıq real hədəfə çevrilib”.
Oxşar xəbərlər
İran Prezidentinin Azərbaycana səfəri regional əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır - RƏY
Ermənistanın baş naziri BƏƏ-yə işgüzar səfərə gedib - YENİLƏNİB
Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram və Bakı ilə birbaşa danışıqlara üstünlük verirəm
ABŞ Dövlət Departamenti: “Azərbaycanla Ermənistan arasında sülh sazişi əldə oluna biləcək məsafədədir”
Gürcüstanın Baş naziri: Azərbaycanla strateji tərəfdaşlığımız regionda sabitliyin təminində mühüm rol oynayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Bayramda işlədiklərinə görə kimlərə əlavə maaş ödənilir? - Hüquq müdafiəçisindən açıqlama
-
Emin Ağalarov Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar paylaşım edib
-
"YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı
-
“Sehrli Yeni İl” nağıl tamaşası səhnədə!













