Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram və Bakı ilə birbaşa danışıqlara üstünlük verirəm
sizinxeber.az xəbər saytı

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram və Bakı ilə birbaşa danışıqlara üstünlük verirəm


Ermənistan Azərbaycanla münasibətlərin normallaşması üçün birbaşa danışıqlara üstünlük verir. Ölkənin baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan-Ermənistan sərhədində görüş keçirməyə hazırdır.

“Sizinxeber.az”un Rusiya və Ermənistan mətbuatına istinadən verdiyi xəbərə əsasən, bu barədə baş nazir şənbə günü onlayn mətbuat konfransı zamanı deyib.

“Mən bu formatda görüşə (Azərbaycan Prezidenti ilə) hazıram”, - erməni baş nazir deyib.

Onun sözlərinə görə, iki ölkə arasında sülh sazişi üzərində ikili formatda aparılan iş effektivdir.

“Biz bütün beynəlxalq tərəfdaşlarımızın Ermənistanla Azərbaycan arasında sülh prosesi üçün səylərini yüksək qiymətləndiririk. Artıq uzun müddətdir ki, Azərbaycanla ikili formatda iş aparılır. Bu format özünün effektliyini göstərib”, - o deyib.

N.Paşinyan qeyd edib ki, o, bu barədə Rusiya prezidenti Vladimir Putinə də son telefon danışığı zamanı deyib.

Oxşar xəbərlər

Paşinyan: Ermənistan Azərbaycanla birbaşa danışıqlara üstünlük verir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər