Azərbaycan ilk dəfə UNEP CPR Bürosunun sədri vəzifəsinə seçilib
sizinxeber.az xəbər saytı

Azərbaycan ilk dəfə UNEP CPR Bürosunun sədri vəzifəsinə seçilib


24 iyun 2025-ci il tarixində BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsi (Committee of the Permanent Representatives - UNEP CPR) çərçivəsində Azərbaycan ilk dəfə UNEP CPR Bürosunun sədri vəzifəsinə seçilib.

XİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, Azərbaycanın CPR Bürosuna Sədrliyi 2025-2027-ci illəri əhatə edəcək.

"UNEP CPR ətraf mühitlə bağlı məsələlər üzrə beynəlxalq müstəvidə prioritetləri müəyyən edən, 193 dövlətin üzv olduğu BMT-nin Ətraf Mühit Assambleyasının daimi fəaliyyət göstərən əsas orqanıdır. CPR Bürosu Assambleyanın qlobal ekoloji siyasət və normalar üzrə qərarlarının hazırlanmasında bir sıra mühüm funksiyaları yerinə yetirir.

Büroda Azərbaycan sədrliyini ölkəmizin Keniyadakı səfiri və UNEP-dəki daimi nümayəndəsi Sultan Hacıyev təmsil edəcək.

Qeyd edək ki, 2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etmiş, ətraf mühitin qorunması və iqlim dəyişiklikləri sahəsində mübarizədə qlobal fəaliyyəti və təşəbbüsləri ilə beynəlxalq nüfuz qazanmış Azərbaycanın UNEP-lə əməkdaşlığı dinamik şəkildə inkişaf edir.

Azərbaycanın sədr olaraq seçilməsi, eləcə də UNEP-in 2026-cı ildə keçiriləcək “Ümumdünya Ətraf Mühit Günü”nə (WED2026) ev sahib kimi təstiqlənməsi bu əməkdaşlığın perspektivlərini nümayiş etdirir", - məlumatda deyilir.

Oxşar xəbərlər

Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
UNEP icraçı direktoru: Turizm də iqlim dəyişikliyinin qurbanıdır, hərəkətə keçməliyik
UNEP: Karbon emissiyaları 2030-cu ilə kimi 41% azaldılmalıdır
UNEP rəsmisi: "Paris sazişinin 6-cı maddəsi çox vacibdir və böyük potensiala malikdir"
Hikmət Hacıyev: Qafqazda iqlim dəyişikliyinin təsirləri haqqında faydalı hesabata görə UNEP-ə minnətdarıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər