UNEP: Karbon emissiyaları 2030-cu ilə kimi 41% azaldılmalıdır
“2023-cü ildə emissiyalarımız 1.3% artıb, halbuki aşağı düşməli idi. Bu o deməkdir ki, 2030-cu ilə kimi karbon emissiyalarını 41% azaltmalıyıq, əks halda 1.5 dərəcəni keçəcəyik”.
Sizinxeber.az xəbər verir ki, bunu COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda çıxış edən Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Anderson deyib.
“Şəhərlər iqlim kontekstində əhəmiyyətli bir yük daşıyır. Əslində, yalnız 25 megaşəhər dünya üzrə istixana qazı emissiyalarının 52%-nə görə məsuliyyət daşıyır. Bu o deməkdir ki, evdə gördüyünüz tədbirlər, səmərəlilik standartları, enerji mənbələri, tullantı və metan emissiyaları ilə necə məşğul olmağınız, ictimai nəqliyyatla necə məşğul olmağınız, elektrik mobilliyi təşviq etməyiniz iqlim dəyişikliyi kontekstində şəhərlərin çəkisinə böyük təsir göstərə bilər” - UNEP-in icraçı direktoru qeyd edib.
O əlavə edib ki, şəhərlər də iqlim dəyişikliyinin təsirlərindən zərər çəkir və bu, şəhərlərin götürməli olduğu uyğunlaşma tədbirlərinin şəhər zonalarının, planlaşdırmanın və tikinti standartlarının bir hissəsi olmasını tələb edir: “Təbiət əsaslı həlləri nəzərdən keçirin ki, sadəcə ağac əkərək və parklar yaradaraq şəhərlərinizdə ətraf mühitin qorunmasını təmin edə biləsiniz”.
Oxşar xəbərlər
UNEP icraçı direktoru: Turizm də iqlim dəyişikliyinin qurbanıdır, hərəkətə keçməliyik
Muxtar Babayev: Metan emissiyalarının 20 %-i tullantı sektorunun payına düşür
COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılış olub - FOTO
BMT-Habitatın icraçı direktoru: Növbəti 20 ildə dünya əhalisi daha 2.4 mlrd. artacaq
BMT-Habitatın icraçı direktoru: Növbəti 20 il ərzində dünya əhalisi daha 2.4 mlrd. artacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
İradə İmanbəyliyə vəzifə verildi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM












