Səfir: Belçika və Azərbaycan arasında iqtisadi, nəqliyyat, logistika, dənizçilik sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar var
sizinxeber.az xəbər saytı

Səfir: Belçika və Azərbaycan arasında iqtisadi, nəqliyyat, logistika, dənizçilik sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar var


Belçika və Azərbaycan arasında iqtisadi, nəqliyyat, logistika, dənizçilik sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün yaxşı imkanlar var.

"Sizinxeber.az" xəbər verir ki, bunu Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

Görüşdə qeyd olunub ki, Azərbaycan və Belçika arasında münasibətlərin inkişafı üçün yaxşı imkanlar mövcuddur. Belçika Krallığının Baş nazirinin ötən il COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfər etdiyi və Prezident İlham Əliyevlə görüşdüyü xatırladılıb.

Spiker Sahibə Qafarova Milli Məclisin Belçika parlamenti ilə əlaqələrin inkişafına hazır olduğunu vurğulayaraq, özünün Belçika parlamentinin keçmiş sədrləri ilə görüşlərini xatırladıb. O, qarşılıqlı səfərlərin və dialoqun münasibətlərin daha da dərinləşməsinə, qarşılıqlı məlumatlandırmanın genişlənməsinə töhfə verdiyini söyləyib. O bu məsələlərdə dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Səfir Julyen de Frepon ölkədə fəaliyyət göstərdiyi dövrdə xalqın qonaqpərvərliyinin şahidi olduğunu söyləyib. O, COP29 çərçivəsində Belçika Baş nazirinin ölkəmizə səfərinin həm mühüm beynəlxalq tədbirdə iştirak, həm də Azərbaycanla ikitərəfli münasibətlərə dair müzakirələr aparmaq baxımından əhəmiyyətini qeyd edib.

Diplomat Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu qeyd edərək, Azərbaycanla Avropa İttifaqı arasında dialoqun dərinləşməsini dəstəklədiklərini vurğulayıb.

Görüşdə spiker Sahibə Qafarova, həmçinin regionda mövcud olan vəziyyət, ölkəmizin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi nəhəng yenidənqurma işləri Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, mina problemi və digər məsələlər barədə məlumat verib.

Oxşar xəbərlər

Sahibə Qafarova Şimali Makedoniya Prezidenti ilə görüşüb
Səfir: Belçika COP29-da yüksək səviyyədə təmsil olunacaq
Sahibə Qafarova Çinin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
İlham Əliyev: COP29 Azərbaycanla ABŞ arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaradır
Ticarət Palatasının sədi: Belçika Baş nazirinn Bakıya səfəri ikitərəfli ticarətin inkişafında yeni mərhələdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər