Parlament hərbçilərin ictimai təhlükə törətməyən cinayətləri ilə bağlı dəyişikliyi ilk oxunuşda qəbul edib
sizinxeber.az xəbər saytı

Parlament hərbçilərin ictimai təhlükə törətməyən cinayətləri ilə bağlı dəyişikliyi ilk oxunuşda qəbul edib


Müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq.

"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual, İnzibati Xətalar Məcəllələrində və “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb.

Sənədə əsasən, Cinayət-Prosessual Məcəlləsinə müvafiq məsələni nəzərdə tutan 214.4-1-ci maddənin əlavə edilməsi təklif olunur.

Həmçinin, bunu nəzərə alaraq Məcəllənin 68.3-cü maddəsinə hərbi məhkəmələrin baxdığı işlər siyahısına "məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallar" ifadəsinin də əlavə edilməsi təklif olunub.

İnzibati Xətalar Məcəlləsinə isə 54.2-1-ci maddənin əlavə edilməsi təklif olunur. Həmin maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları tərəfindən törədilmiş inzibati xətalar haqqında işlər üzrə icraatı başlayan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi bu barədə dərhal ərazi üzrə müvafiq hərbi prokurora yazılı məlumat verir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Hərbçilərin ictimai təhlükə törətməyən cinayətləri üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin iclası başlayıb, gündəlikdə 27 məsələ var [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstehlakçıların az miqdarda aldadılması ilə cinayət məsuliyyəti yaradan hal ilk oxunuşda təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin iclası başlayıb, gündəlikdə 16 məsələ var [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat cərimə olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər