Hərbçilərin ictimai təhlükə törətməyən cinayətləri üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq
Müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq.
"Report" xəbər verir ki, bu, Milli Məclisin aprelin 22-də keçiriləcək plenar iclasında müzakirə olunacaq Cinayət-Prosessual, İnzibati Xətalar Məcəllələrində və “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik layihəsində öz əksini tapıb.
Sənədə əsasən, Cinayət-Prosessual Məcəlləyə 214.4-1-ci maddənin əlavə edilməsinin təklif edildiyini nəzərə alaraq Məcəllənin 68.3-cü maddəsinə hərbi məhkəmələrin baxdığı işlər siyahısına "məhkəmədəyək sadələşdirilmiş icraat üzrə materiallar" ifadəsinin də əlavə edilməsi nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsinə isə 54.2-1-ci maddənin əlavə edilməsi təklif olunur. Həmin maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları tərəfindən törədilmiş inzibati xətalar haqqında işlər üzrə icraatı başlayan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi bu barədə dərhal ərazi üzrə müvafiq hərbi prokurora yazılı məlumat verir.
Oxşar xəbərlər
Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbçilərlə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
