Əli Əhmədov: Hazırkı beynəlxalq münasibətlər sistemi yeni dünya reallıqlarına lazımınca cavab verə bilmir
Hazırkı beynəlxalq münasibətlər sistemi yeni dünya reallıqlarına lazımınca cavab verə bilmir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov “İctimai Bakıda diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda keçirilən beynəlxalq dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında dostluq inkişaf etdikcə hər iki dövlət beynəlxalq münasibətlər sistemində daha ciddi rol oynamaq imkanı qazanır:
"İki Dünya müharibəsindən sonra dünya nizamını möhkəmləndirmək üçün yaradılan beynəlxalq münasibətlər sistemi hazırda yeni dünya reallıqlarına lazımınca cavab verə bilmir. İstər Ukraynada, istərsə də Qəzzada gedən müharibələr, dinc sakinlərin öldürülməsi dünyada beynəlxalq münasibətlər sisteminin çökdüyünün bariz nümunəsidir. Ona görə də parlamentlərin rolunu artırmağa ehtiyac var".
Ə.Əhmədov bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə təcavüzə qarşı ədalətli müharibə aparmaq nümunəsi göstərib:
"Nəticədə Qafqazda sülh və əməkdaşlığın güclənməsi üçün real imkan yaranıb. Türkiyə-Azərbaycan qardaşlığının möhkəmləndirilməsi üçün səylərin artırılmasına ehtiyac var".
Oxşar xəbərlər
Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisdə Beynəlxalq Parlament Konfransı öz işinə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin vitse-prezidenti: "Biz istəyirik ki, daha çox iş adamı Azərbaycana gəlsin" [xfgiven_updateblue][/xfgiven_updateblue]
TBMM sədri: Beynəlxalq təşkilatlar yenidən formalaşmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Komitə sədri: Rusiya ilə Azərbaycan arasındakı münasibətlər digər ölkələr üçün nümunədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












