Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək
Milli Məclisdə dekabrın 6-dan 8-dək “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı keçiriləcək.
Bu barədə "Sizinxeber.az"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndənin iştirak edəcəyi tədbirdə dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılacaq.
Konfrans çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa da keçiriləcək.
Tədbir iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və orada aparılan tikinti-quruculuq işləri ilə tanışlığı da nəzərdə tutulur.
Oxşar xəbərlər
Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçirilir
Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə COP29 çərçivəsində parlament görüşü təşkil edəcək
Milli Məclisin komitə sədri Moldovada seçkiləri müşahidə edəcək
Sahibə Qafarova Türkiyənin sabiq XİN rəhbəri ilə görüşüb
Tanzaniya Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













