Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçirilir
Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb.
"Report" xəbər verir ki, ikigünlük tədbirdə 66 ölkə və beynəlxalq təşkilatdan 92 nümayəndə heyəti, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla 167 parlament üzvü iştirak edir.
Parlament Görüşündə keçiriləcək sessiyalarda "İqlim dəyişmələrinin real təsirləri", "İqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu", "İqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı", "İqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi", "İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə", "Dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri", "İnsan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi" və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.
Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Oxşar xəbərlər
COP29 çərçivəsində Parlament Görüşü başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində Parlament Görüşü başlayıb - FOTOLENT [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tanzaniya Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zimbabvenin Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistan Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












