Tanzaniya Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib
sizinxeber.az xəbər saytı

Tanzaniya Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib


Tanzaniya Respublikası Milli Assambleyasının sədri Tulia Ekson BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib.

"Sizinxeber.az" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Əminə Ağazadə və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaqın və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. Altmış altı ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167 parlament üzvünün iştirakı gözlənilir.

    Oxşar xəbərlər

    Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
    Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
    Ronaldinyo Bakıya gəldi [xfgiven_updateblue][/xfgiven_updateblue]
    Konqo Prezidenti Azərbaycana səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
    Liberiyanın vitse-prezidenti Azərbaycana səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]

    Ən son xəbərləri bizim

    "Facebook" səhifəmizdə izləyin

    Digər xəbərlər