Sahibə Qafarova Türkiyənin sabiq XİN rəhbəri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, tərəflər yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin parlamentlər müstəvisində də inkişaf etdirildiyini diqqətə çatdırıblar.
Parlament sədrləri, dostluq qrupları və deputatlar arasında təmasların münasibətlərə mühüm töhfələri qeyd edilib. Həmçinin qanunverici orqanların və deputatların bütün beynəlxalq parlament təşkilatlarında ortaq mövqedən çıxış etdikləri məmnunluqla diqqətə çatdırılıb. Qeyd olunub ki, iki ölkəyə qarşı bir sıra dairələr tərəfindən həyata keçirilən qarayaxma və təzyiq kampaniyalarına qarşı mübarizədə parlamentarilərin əməkdaşlığı olduqca vacibdir.
Söhbət zamanı Azərbaycanın ev sahibliyi ilə COP29-un çox yüksək səviyyədə təşkil olunması ilə bağlı da fikirlər səsləndirilib. Bu tarixi zirvə toplantısı Azərbaycanın qlobal proseslərə növbəti töhfəsi kimi dəyərləndirilib.
Görüşdə regionda mövcud olan vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb.
Həmçinin Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi" mövzusunda beynəlxalq konfransın əhəmiyyəti barədə fikirlər səsləndirilib.
Oxşar xəbərlər
Milli Məclisin sədri Mövlud Çavuşoğlu ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahibə Qafarova Özbəkistan Ali Məclis Senatının sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahibə Qafarova türkiyəli həmkarını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Türkiyənin parlament sədrləri ikitərəfli əlaqələri müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












