Azərbaycanda bələdiyyələrin sayının yarıdan çox azaldılması təsdiqlənib
Azərbaycanda 1 400 bələdiyyə birləşdirilərək ümumi sayının 685-ə endirilməsi təsdiqlənib.
“Sizinxeber.az” xəbər verir ki, bununla bağlı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında qanunda dəyişiklik edilməsi barədə” qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.
Bələdiyyələrin birləşmə ilə bağlı Milli Məclisə təqdim olunan rəylərə baxılıb və nəticədə 1 400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 685-ə endirilməsi nəzərdə tutulub.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Oxşar xəbərlər
Azərbaycanda bələdiyyələrin sayı yarıdan çox azaldılır
Azərbaycanda 1400 bələdiyyə birləşəcək, ölkədə 684 bələdiyyə olacaq
Azərbaycanda bələdiyyələrin sayı yarıya qədər azaldılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
