Deputat: Bələdiyyələrin əksəriyyətinin dövlətə borcu var və ya hesabları bağlıdır
Bələdiyyələrin əksəriyyətinin dövlətə borcu var və ya hesabları bağlıdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, xırda bələdiyyələrin dövlət borcları qalacaq: "Bələdiyyələrin borclarının ödənilməsi ilə bağlı hansısa addım atılması vacibdir. Bu, dotasiyaların verilməsi, güzəştlər və s. şəklində müəyyən edilə bilər”.
K.Bayramov həmçinin bələdiyyələrin icra aparatlarının formalaşdırılması ilə bağlı yeni mexanizmin hazırlanmasını da təklif edib: “Bu mexanizm də lazımsız ştatların yaradılmamasına təminat verməlidir".
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, dövlət büdcəsinin layihəsi müzakirə olunarkən bələdiyyələrin borclarının silinməsi məsələsi qaldırılmalıdır: "Biz bələdiyyələrin borclarının silinməsini və fəaliyyətlərinə sıfırdan başlamasını təklif etməliyik. Eyni zamanda nümunəvi ştat cədvəli hazırlanıb hər bir bələdiyyəyə verilməlidir. Çünki onların öz ixtiyarına buraxsaq, lazımsız ştatlar yaradacaqlar”.
Oxşar xəbərlər
Azərbaycanda bələdiyyələrin sayı yarıya qədər azaldılır
Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq
Azad edilən ərazilərdə yaradılacaq bələdiyyələrin sayı açıqlanıb
Azərbaycanda bələdiyyələrin sayı yarıdan çox azaldılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
