MSK Cəbrayıl-Qubadlı seçki dairəsindən daxil olan müraciəti araşdırıb
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən MSK-ya daxil olan müraciət araşdırılıb.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK-nın və Ekspert qrupunun üzvü Fuad Orucovun təqdimatına əsasən, quruma müraciət edən qeydə alınmış namizəd dairənin 4 seçki məntəqəsinin formalaşdırılması zamanı qanun pozuntularına yol verildiyini, seçki məntəqələrinin artırılması ilə bağlı namizədə məlumat verilmədiyini iddia edib:
"Araşdırma zamanı müəyyən edilib ki, 81-82 saylı məntəqələr Cəbrayıl rayonu ərazisində yaradılıb və bu barədə məlumat lövhələrində qeyd yerləşdirilib. 83 və 84 saylı seçki məntəqələri isə müvəqqəti seçki məntəqələri olduğundan Təqvim planında nəzərdə tutulmuş vaxtda təşkil edilib. Beləliklə, namizədin şikayəti əsassız hesab edildiyindən təmin olunmayıb".
Oxşar xəbərlər
Nəsimi-Binəqədi seçki dairəsinin bütün məntəqələrində qanun pozuntuları haqqında müraciət araşdırılıb
MSK bəzi şikayətləri araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib
97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsində üç məntəqənin nəticələri ləğv olunub
Parlament seçkilərində 33 saylı Seçki Dairəsinin bəzi məntəqələrində pozuntularla bağlı iddia araşdırılıb
MSK 12 müraciəti baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













