Fərman Həsənov: "Döyüşü vaxtından tez bitirməyi fikirləşirdim" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
in
2026
22:30
ff

Fərman Həsənov: "Döyüşü vaxtından tez bitirməyi fikirləşirdim"

27 in, 2026
22:30
169

Fərman Həsənov: "Döyüşü vaxtından tez bitirməyi fikirləşirdim"

Azərbaycanın MMA idmançısı Fərman Həsənov Bakıda Mütləq Döyüş Çempionatının (UFC) turnirindəki qarşılaşmasını vaxtından əvvəl bitirməyi düşünüb.

"Report"un məlumatına görə, o bu barədə mətbuat konfransında açıqlama verib.

F. Həsənov yarımorta çəkidə ABŞ təmsilçisi Erik Nolana qalib gəldiyi görüş haqqında fikirlərini bölüşüb:

"Azərbaycan xalqına təşəkkür edirəm. Başımı qaldırıb yuxarı baxanda, millətimi görəndə ancaq qələbə barədə düşünürdüm. Döyüşü vaxtından tez bitirməyi fikirləşirdim. Turnirdən öncəki həftə bir az xəstələndim, problemlər oldu. Sadəcə, bəzi narahatlıqlar buna imkan vermədi. Amma üç raundda da qalib oldum".

O, rəqibin də yarışa yaxşı hazırlaşdığını söyləyib:

"Rəqib də yaxşı hazırlaşmışdı. "Takedown" çox etdim və dominantlıq məndə oldu. Səhvlərimin üzərində işləməyə və daha da yaxşı döyüşməyə çalışacağam".

Bizimlə əlaqə saxlayın

×
×