Təyyarə qəzası ilə bağlı Rusiyayla razılaşma: Azərbaycanın prinsipial mövqeyinin nəticəsi
Azərbaycan Respublikasının milli maraqlarının qorunması, vətəndaşların hüquqlarının təmin edilməsi və ədalətin bərpası istiqamətində əldə olunan növbəti mühüm nəticə kimi, 25 dekabr 2024-cü il tarixində baş vermiş təyyarə qəzası ilə bağlı kompensasiya məsələsinin həlli xüsusi əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Soltan Məmmədov Sizinxeber.az-ya açıqlamasında bildirib ki, bu nəticə təkcə konkret bir hadisənin hüquqi yekunu deyil, həm də Azərbaycanın prinsipial mövqeyinin, güclü siyasi iradəsinin və ardıcıl diplomatik fəaliyyətinin məntiqi nəticəsidir: “Bu hadisə, eyni zamanda, dövlət-vətəndaş münasibətlərinin mahiyyətini, dövlətin öz vətəndaşına sahib çıxmaq əzmini və beynəlxalq münasibətlər sistemində öz mövqeyini qətiyyətlə müdafiə etmək bacarığını nümayiş etdirir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixində dövlət başçıları səviyyəsində keçirilmiş görüşdə əldə olunan razılaşma bu mürəkkəb məsələnin həllində dönüş nöqtəsi olub. Bu razılaşma bir daha göstərdi ki, ən həssas və mürəkkəb məsələlər belə qarşılıqlı hörmət, siyasi iradə və praqmatik yanaşma şəraitində öz həllini tapa bilir. Bu, həm də regionda sabitliyin qorunması və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi baxımından mühüm siyasi siqnaldır”.

Siyasi iradə və strateji yanaşmanın rolu
Deputat Prezident İlham Əliyev tərəfindən nümayiş etdirilən qətiyyətli mövqeyin bu prosesin əsas hərəkətverici qüvvəsi olduğunu vurğulayıb: “Dövlət başçısının bu məsələni birbaşa nəzarətdə saxlaması, prinsipial və ardıcıl siyasət yürütməsi nəticədə ədalətli qərarın əldə olunmasına imkan yaradıb. Bu yanaşma göstərir ki, Azərbaycan rəhbərliyi üçün milli maraqlar və vətəndaşların hüquqları hər zaman prioritet təşkil edir və heç bir halda güzəşt mövzusu ola bilməz. Azərbaycanın mövqeyi ilk gündən aydın və dəyişməz olub: hadisənin bütün təfərrüatları tam şəkildə araşdırılmalı, məsuliyyət konkret şəkildə müəyyən edilməli və zərərçəkmişlərə ədalətli kompensasiya ödənilməlidir. Bu yanaşma dövlətin hüquqa və ədalətə əsaslanan siyasətinin bariz ifadəsi olmaqla yanaşı, həm də beynəlxalq praktikada qəbul olunmuş prinsiplərə uyğun davranış nümunəsidir. Azərbaycanın sərgilədiyi bu mövqe, hüquqi dövlət prinsiplərinə sadiqliyin və siyasi məsuliyyətin yüksək səviyyədə təmin edildiyini göstərir”.

Obyektiv araşdırma və şəffaflıq tələbi
Soltan Məmmədov qeyd edir ki, baş vermiş qəza ilə bağlı məsələdə əsas prioritetlərdən biri obyektiv araşdırmanın aparılması olub. Təyyarənin qəzaya uğramasının səbəblərinin tam və qərəzsiz şəkildə müəyyən edilməsi Azərbaycan tərəfi üçün prinsipial məsələ kimi irəli sürülüb. Bu istiqamətdə həm texniki, həm hüquqi, həm də institusional mexanizmlər işə salınıb və beynəlxalq standartlara uyğun araşdırma aparılmasına xüsusi önəm verilib: “Bu yanaşma həm beynəlxalq hüququn tələblərinə, həm də ictimaiyyətin məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır. Hadisənin bütün detallarının açıqlanması və təqsirli tərəfin məsuliyyətinin birmənalı şəkildə müəyyən edilməsi hüquqi ədalətin təmin olunmasının əsas şərtlərindən biridir. Eyni zamanda, şəffaflığın təmin olunması ictimai etimadın möhkəmləndirilməsinə, dövlətin qərarlarının legitimliyinin artırılmasına xidmət edir”.
Milli maraqların qətiyyətlə müdafiəsi
Deputat vurğulayır ki, Azərbaycan heç bir mərhələdə öz prinsipial mövqeyindən geri çəkilməyib. Dövlət bütün proses boyu milli maraqlarını qətiyyətlə müdafiə edib və beynəlxalq hüquqa əsaslanaraq öz tələblərini ardıcıl şəkildə irəli sürüb. Bu yanaşma Azərbaycanın müstəqil siyasət yürütmək qabiliyyətinin və beynəlxalq müstəvidə öz sözünü demək gücünün göstəricisidir: “Əldə olunan nəticə Azərbaycanın siyasi iradəsinin və diplomatik gücünün real göstəricisidir. Bu, eyni zamanda dövlətin öz vətəndaşlarının hüquqlarını qorumaqda nə qədər qətiyyətli olduğunu nümayiş etdirir. Azərbaycan bu prosesdə həm hüquqi mexanizmlərdən, həm də siyasi-diplomatik alətlərdən səmərəli şəkildə istifadə edərək balanslı və nəticəyönümlü siyasət həyata keçirib”.

İnsan amili və sosial ədalət prinsipi
Soltan Məmmədov xüsusi olaraq qeyd edir ki, qəza nəticəsində zərər çəkmiş şəxslərin taleyi daim diqqət mərkəzində saxlanılıb. Qəbul olunmuş kompensasiya mexanizmi yalnız hüquqi məsələ kimi deyil, həm də humanitar və sosial ədalət baxımından böyük əhəmiyyət kəsb edir. Bu mexanizm insanların yaşadığı mənəvi və maddi itkilərin nəzərə alınması, onların sosial müdafiəsinin gücləndirilməsi baxımından xüsusi önəm daşıyır:
“Bu yanaşma dövlətin insan amilinə verdiyi yüksək dəyərin göstəricisidir. Zərərçəkmişlərin hüquqlarının təmin olunması və onların itkilərinin mümkün qədər kompensasiya edilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi çıxış edir. Bu, həm də sosial dövlət prinsiplərinin praktik tətbiqinin konkret nümunəsi kimi qiymətləndirilə bilər”.
Konstruktiv dialoq və beynəlxalq əməkdaşlıq nümunəsi
Deputatın fikrincə, bu məsələnin həlli Azərbaycan ilə Rusiya arasında mövcud olan konstruktiv dialoqun və qarşılıqlı anlaşmanın nəticəsidir. Bu, beynəlxalq münasibətlərdə məsuliyyətli yanaşmanın və əməkdaşlıq ruhunun nə qədər vacib olduğunu bir daha sübut edir. Dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadın və siyasi dialoqun qorunması bu kimi mürəkkəb məsələlərin həllində həlledici rol oynayır: “Tərəflər arasında əldə olunan razılıq göstərir ki, qarşılıqlı hörmətə əsaslanan münasibətlər çərçivəsində ən çətin məsələlər belə həll edilə bilər. Bu isə regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına, iqtisadi və siyasi əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərir. Belə yanaşma gələcəkdə oxşar halların daha operativ və effektiv şəkildə həllinə də zəmin yaradır. Əldə olunan bu razılaşma Azərbaycanın güclü dövlət olduğunu və milli maraqlarını güzəştsiz şəkildə qorumağa qadir olduğunu bir daha təsdiqləyir. Bu hadisə dövlətin öz vətəndaşlarının hüquqlarını ən yüksək səviyyədə müdafiə etdiyini nümayiş etdirən mühüm nümunədir və ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Belə nəticələr Azərbaycanın beynəlxalq aləmdə mövqelərini daha da gücləndirir və ölkənin etibarlı tərəfdaş kimi imicini möhkəmləndirir. Dövlətin prinsipial, ədalətli və qətiyyətli siyasəti gələcəkdə də bu kimi məsələlərin uğurla həllinə zəmin yaradır. Eyni zamanda, bu təcrübə göstərir ki, milli maraqlara əsaslanan siyasət, güclü liderlik və ardıcıl diplomatik fəaliyyət bir araya gəldikdə ən mürəkkəb problemlərin belə ədalətli həlli mümkündür”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib
Soltan Məmmədov: AŞPA-da əleyhimizə səs vermiş deputatların “arzuolunmaz şəxslər” siyahısına salınması Azərbaycanın hüququdur
Deputat: Azərbaycan Prezidenti milli maraqlarla bağlı heç bir dövlətə güzəştə getməyəcəyini nümayiş etdirib
Deputat: Vaşinqton görüşü Cənubi Qafqazın tarixində yeni səhifə açır
Deputat: Sülhün əldə edilməsi üçün Ermənistan öhdəliklərini icra etməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
