İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb - FOTO
sizinxeber.az xəbər saytı

İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb - FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb.

Bu barədə Sizinxeber.az-nın Davosa ezam olunmuş əməkdaşı xəbər verir.

Yakob Aarup-Andersen rəhbərlik etdiyi şirkətin Azərbaycanda uğurlu fəaliyyətinə toxunaraq, ölkəmizdə mövcud olan investisiya mühitindən razılığını ifadə etdi, xüsusilə mülkiyyət hüquqlarının qorunması istiqamətində Azərbaycanın xarici investorlara təqdim etdiyi çərçivəni yüksək qiymətləndirərək, yaradılmış şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

“Carlsberg Group”un ölkədə istehsal olunan məhsullarının lokallaşdırılma səviyyəsinin artırılması və şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi ilə bağlı niyyəti barədə dövlətimizin başçısına məlumat verilib.

Görüşdə “Carlsberg Group” şirkəti ilə əməkdaşlıq məsələlərinə toxunulub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb - FOTO
Məsud Pezeşkian Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Dövlət başçısı Davosda “The Goldman Sachs Group İnc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb
Dövlət başçısı Davosda “The Goldman Sachs Group İnc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər